CƏMİYYƏT


Vəkillər Kollegiyasında Avropa Şurasının nümayəndə heyəti ilə görüş olub

Bakı, 1 aprel, AZƏRTAC

Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti – Marek Novitski və Ceremi MkBrayd Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında olublar.

Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından məlumat verilib.

Kollegiyanın sədri Anar Bağırov Avropa Şurası ilə əməkdaşlığın əhəmiyyəti, qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Sədr son illərdə vəkillik sahəsində aparılan islahatlar, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətində vəkillərin rolu və mövcud durum barədə məlumat verib.

Sonra Vəkillər Kollegiyasının gördüyü işlərə dair təqdimatla kollegiyanın Aparat rəhbəri Bayram Orucov çıxış edib.

Marek Novitski və Ceremi MkBrayd isə səmimi görüşə görə təşəkkürlərini bildirib, Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynadığını diqqətə çatdırıblar.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Görüşdə, həmçinin Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi üzrə əlaqələndiricisi Başak xanım Boyoğlu və Avropa Şurası Bakı Ofisinin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Avropa Şurasının Bakı Ofisi “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində ehtiyacların qiymətləndirilməsi üzrə milli tərəfdaş qurumlarla ikitərəfli görüşlər keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.