QAN YADDAŞI


Vəkillər Kollegiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Bakı, 26 fevral, AZƏRTAC 

Vəkillər Kollegiyasının Rəyasət Heyətində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vəkillər Kollegiyasının sədri Anar Bağırov 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş hadisələr barədə ətraflı məlumat verib. O, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edib.

Bundan əlavə, tədbirdə Xocalı soyqırımı qurbanlarının hüquqlarının müdafiəsi məsələsinə də toxunulub, vəkillər tərəfindən bu şəxslərə əvəzsiz hüquqi yardım göstərilməsi təklif olunub.

Tədbirdə Xocalı faciəsi ilə bağlı film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.