CƏMİYYƏT


Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 23 oktyabr, AZƏRTAC 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov iştirakçılara kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişi barədə məlumat verib.

İclasda “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsinə sponsorluq edilməsi barədə müraciətinə baxılıb, Vəkillər Kollegiyasının qeyd olunan müsabiqənin “Platinium Sponsor”u olması qərara alınıb.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Bundan başqa, Qəbələ, Zaqatala və Biləsuvar rayonlarında vəkil bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib.

İclasda Bakı şəhərində fəaliyyət göstərən və onkoloji xəstə olan bir vəkilə “Vəkillərin inkişaf Fondu”ndan 5000 manat pul ayrılması barədə qərar qəbul edilib.

İclasda, həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiq olunub.

Həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.