CƏMİYYƏT


Vəkillər Kollegiyasının sədri IX Beynəlxalq Hüquq Forumunda iştirak edib

Bakı, 18 may, AZƏRTAC 

Sankt-Peterburqda IX Beynəlxalq Hüquq Forumu keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, forumda Azərbaycanı kollegiyanın sədri Anar Bağırov təmsil edib.

Kollegiya ənənəvi illik foruma Rusiya Vəkillər Kollegiyalarının Federal Palatası tərəfindən dəvət olunub.

Tədbirdə Vəkillər Kollegiyası sədri bir sıra ölkələrin Vəkillər kollegiyalarının, habelə ixtisaslaşmış beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirib, əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparıb.

Anar Bağırov forumun vəkillik peşəsi ilə bağlı sessiyasında “Uğur qonorarının taleyi” mövzusunda çıxış edərək Azərbaycanın təcrübəsi barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Mövzu ilə bağlı, həmçinin Rusiya Federasiyası Vəkillərinin Federal Palatasının sədri Yuri Pilipenko, İngiltərə və Uels Hüquq Cəmiyyətinin sədri xanım Bleklous Krinstin, Almaniya Vəkillərinin Federal Palatasının sədri Vessel Ulrix, Paris Vəkillər Palatasının sədri xanım Peyron Meri-Emi, Moldova Vəkillər İttifaqının sədri Ploşnitsa Emanuil çıxış ediblər.

Rusiya Federasiya ədliyyə naziri Aleksandr Konovalov çıxışında Rusiyada peşəkar hüquqi yardımın göstərilməsi sahəsində islahatların həyata keçirilməsinin vacibliyini qeyd edib.

Forum “Vəkillik fəaliyyətinin əsas prinsipləri haqqında” Xartiyanın imzalanmasının üçüncü ildönümünə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.