İDMAN


Vəkillər Kollegiyasının üzvləri arasında birinci futbol turniri başa çatıb

Bakı, 4 fevral, AZƏRTAC 

Ötən ilin əvvəlindən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərindən ibarət futbol komandaları bir sıra regional və beynəlxalq səviyyəli futbol turnirlərində uğurla iştirak edir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, bu ənənənin davam etdirilməsi, o cümlədən vəkil qurumları və vəkillər arasında kollektiv ruhun və qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə vəkillər arasında ilk futbol turniri keçirilib. Ötən il dekabrın 8-dən bu il fevralın 2-dək keçirilmiş turnirdə “11 saylı Vəkil Bürosu”, “16 saylı Vəkil Bürosu”, “Barrister”, “Veteranlar”, “Advokat”, “Sumqayıt”, “Abşeron” və “Ədalət” komandaları mübarizə aparıb. Turnirdə bütün oyunlarda qalib gələn “Advokat” komandası qalib adını qazanıb. “Abşeron” və “Ədalət” komandaları müvafiq olaraq, ikinci və üçüncü yerləri tutub. Yarışın bağlanış mərasimində qaliblər və fərqlənən oyunçular təltif edilib.

Vəkillər Kollegiyasının ilk futbol turniri Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə keçiriləcək və müxtəlif ölkələrin vəkillərindən ibarət komandaların iştirak edəcəyi beynəlxalq futbol turnirinə hazırlıq baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Advokat” komandası hazırda həm futzal üzrə Azərbaycan çempionatının ikinci liqasında, həm də Bakı futbol liqasında mübarizə aparır. Vəkillər Kollegiyasının yığma komandası Litva Vəkillər Kollegiyasının Vilnüsdə təşkil etdiyi, Şərqi Avropa və bir sıra MDB ölkələrin Vəkillər kollegiyalarının futbol komandalarının iştirak etdiyi beynəlxalq futbol turnirində fəxri üçüncü yeri tutub. “Advokat” komandası isə Ukrayna Vəkillər Kollegiyasının təşkilatçılığı ilə vəkillər arasında keçirilmiş beynəlxalq futzal yarışının qalibi adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.