CƏMİYYƏT


Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı yazılı test imtahanı keçiriləcək

Bakı, 14 avqust, AZƏRTAC 

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.

Vəkillərin İxtisas Komissiyasından AZƏRTAC-a bildiriblər ki, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, bu il sentyabrın 8-də kollegiya üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə, 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək. İmtahanda 245 namizəd iştirak edəcək.

Regionlarda vəkillərin sayının azlığını nəzərə alaraq, vəkilliyə qəbulla bağlı imtahanda sənədlərin təqdim olunma ardıcıllığı ilə deyil, qeydiyyat ünvanı Bakı şəhəri olmayan namizədlərin yazılı test imtahanında iştirakına üstünlük veriləcək.

İmtahanda iştirak edəcək namizədlərə telefon vasitəsilə məlumat veriləcək.

Əlavə məlumat üçün +994 12 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.