CƏMİYYƏT


Vəkillər üçün “Bank qanunvericiliyinin tətbiqi” mövzusunda təlim keçirilib

Bakı, 21 noyabr, AZƏRTAC 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının cari il üçün fəaliyyət planına uyğun olaraq, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər davam etdirilir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, təlimlərin davamı olaraq, noyabrın 19-dan 21-dək vəkillər üçün “Bank qanunvericiliyinin tətbiqi” mövzusunda seminar keçirilib. Seminarda 40 vəkil iştirak edib.

Berlin Torpaq Məhkəməsinin hakimi Bernhard Dietrix tərəfindən aparılan seminarda “İddia müddətləri”, “Müqavilənin şərtləri”, “Dəbbə pulu” və s. mövzular tədris olunub və fikir mübadiləsi aparılıb.

Bu qəbildən tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.