CƏMİYYƏT
Vəkillər üçün inzibati hüquqa dair təlim keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planına uyğun olaraq, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarlar keçirilir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirlərin davamı olaraq, vəkillər üçün oktyabrın 18-dən 20-dək Şabran rayonunda “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar keçirilib. Seminarda Vəkillər Kollegiyasının 20-dək üzvü iştirak edib.
Seminarlarda ekspert qismində inzibati hüquq üzrə təlimçilərdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usubun və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun mühazirələri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Vəkillər Kollegiyasının üzvləri üçün bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.