CƏMİYYƏT
Vəkillik imtahanının yazılı mərhələsindən keçən namizədlərdən növbəti 94-ü şifahi mərhələdə iştirak edib
Bakı, 17 aprel, AZƏRTAC
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsini müvəffəqiyyətlə başa vuran 607 namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilir.
Vəkillərin İxtisas Komissiyasından AZƏRTAC-a bildiriblər ki, növbəti 94 namizəd şifahi müsahibə mərhələsində iştirak edib.
İmtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 86 nəfər vəkilliyə namizəd aprelin 23-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb.
İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.