CƏMİYYƏT


Vəkilliyə namizədlərdən 90 nəfəri icbari təlimə buraxılıb

Bakı, 22 iyul, AZƏRTAC

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 100 nəfər vəkilliyə namizəd peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak edib.

Vəkillərin İxtisas Komissiyasından AZƏRTAC-a bildiriblər ki, imtahanın nəticəsinə görə, komissiyanın peşə yararlılığına dair rəyini almış 90 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.

İcbari təlimin keçiriləcəyi vaxtla bağlı daha sonra əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.