CƏMİYYƏT
Vəkilliyə namizədlərdən daha 97 nəfər şifahi müsahibə mərhələsində iştirak edib
Bakı, 22 may, AZƏRTAC
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilməkdədir.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən AZƏRTAC-bildiriblər ki, həmin namizədlərdən növbəti 97 nəfər şifahi müsahibə mərhələsində iştirak edib.
İmtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 85 nəfər iyunun 4-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb.
İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.