DÜNYA


Veliko Tırnovo Bolqarıstanın tarixi və mənəvi paytaxtı kimi tanınıb

Veliko-Tırnovo, 12 aprel, AZƏRTAC

Bolqarıstanın Veliko-Tırnovo şəhəri parlamentdə keçirilən səsvermə nəticəsində ölkənin tarixi və mənəvi paytaxtı kimi tanınıb.

AZƏRTAC xəbər verir ki, “QERB” Partiyası tərəfindən verilən təklif bütün partiyalar tərəfindən yekdilliklə qəbul edilib. Parlamentin qərarı Tırnovo Konstitusiyasının 140 illiyi ərəfəsində rəmzi jestdir və qərarın heç bir hüquqi və ya maliyyə nəticəsi yoxdur.

Qeyd edək ki, 1879-cu il fevralın 10-da qəbul edilən Tırnovo Konstitusiyası əsasında yeni bolqar dövlətinin əsası qoyulub. 1908-ci il sentyabrın 22-də isə Tırnovo knyazı Ferdinand Bolqarıstanın müstəqilliyini elan edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Veliko-Tırnovo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.