REGİONLAR
Vəliyəddin Paşayev: Ermənilərin xarabalığa çevirdiyi Ağalı indi gülüstana dönüb VİDEO
Zəngilan, 19 iyul, Elmir Səftərov, AZƏRTAC
Zəngilan rayonunun Ağalı kəndində doğulub boya-başa çatmışam. Kəndimizi tərk edəndə 32 yaşım var idi. Uzun illər idi torpaqlarımızın azad olunmasını gözləyirdim. Şükür Allaha, 2020-ci ilin payızında 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Əhd etmişdim ki, torpaqlarımız alınanda bərpa işlərində mən də iştirak edəcəyəm. Əhdimə sadiq qaldım. Bir il üç aydır ki, Ağalıda işləyirəm. Buranı ilk dəfə görəndə dəhşətə gəldim. Erməni vandalları kəndimizi xarabalığa çevirmişdilər. İndi isə Ağalı kəndi gülüstana çevrilib.
Bunu AZƏRTAC-a müsahibəsində Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.
O, həmçinin bildirib: “Ağalının yenidən tikintisi başlayandan yorulmadan işləyirəm. Hər addımda şəhidlərimizi xatırlayır, onların ruhuna ehtiramımı bildirirəm. O yüksək məqama ucalan oğulları heç zaman unutmayacağıq. Şəhidlərimizin, qazilərimizin sayəsində nisgilimizə son qoyulub. Allah Ali Baş Komandan, Prezident İlham Əliyevi, Ordumuzu qorusun. Bu torpaqları yenidən dirçəldəcək, əvvəlki həyatı geri qaytaracağıq. Bu, bizim şəhidlərin ruhuna olan ehtiramımızdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]