İDMAN


Velosiped idman növü üzrə yarışlara Xətai rayonunun 32 məktəbindən 200-dək şagird qatılıb

Bakı, 17 aprel, AZƏRTAC

Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən yarışlara bu rayon üzrə 32 məktəbdən 200-dək şagird qatılıb. Yarışın nəticəsinə əsasən birinci yerə 29, ikinci yerə 138 və üçüncü yerə 17 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb. Qaliblərə kubok və diplomlar təqdim olunub.

Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə dörd mindən çox məktəblinin qatılacağı gözlənilir.

Yarışlar Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2018-ci il iyunun 5-dən 9-dək Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.