İDMAN


Velosiped idmanı üzrə yarışların qızıl mükafatçısı Zoe Bakstedt:Bakıda qızıl medal qazandığıma sevinirəm

Bakı, 25 iyul, AZƏRTAC

XV Avropa Gənclər Olimpiya Festivalında (“EYOF Bakı 2019”) qələbə qazanmağım məni çox sevindirir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019”da velosiped idmanı üzrə qrup yarışlarının qızıl mükafatçısı, Böyük Britaniya idmançısı Zoe Bakstedt söyləyib. O qeyd edib: “İlk dəfədir ki, Bakıya gəlirəm. Mən əvvəllər müxtəlif beynəlxalq yarışlarda iştirak etmişəm və Bakıda keçirilən Olimpiya Festivalında qazandığım qələbədən çox məmnunam”.

“EYOF Bakı 2019”un təşkili səviyyəsindən bəhs edən britaniyalı velosiped idmançısı vurğulayıb: “Hər şey əladır, burada olan şərait çox xoşuma gəldi”.

Azərbaycan paytaxtı haqqında təəssüratını bölüşən Zoe Bakstedt əlavə edib: “Bakı çox gözəl şəhərdir”.

Qeyd edək ki, iyulun 25-də XV Avropa Yay Gənclər Olimpiya Festivalı çərçivəsində velosiped idmanı üzrə qızlar arasında qrup yarışı keçirilib. Yürüşdə 30-dan çox ölkədən 75 idmançı (50 km) medallar uğrunda mübarizə aparıb.

Yarışın yekunlarına görə, Zoe Bakstedt (Böyük Britaniya) qızıl (1:21.00), Françeska Barale (İtaliya) gümüş (1:22.04), Alena İvançenko (Rusiya) bürünc (1:22.09) medallar qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.