İDMAN


“Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlimlər başa çatıb

Bakı, 6 dekabr, AZƏRTAC

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə regionlarda “Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlim-seminar və veloyürüşlər başa çatıb.

AZƏRTAC xəbər verir ki, Biləsuvarda təşkil olunan sonuncu layihə çərçivəsində qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanının gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların maarifləndirilməsi baxımından əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib.

Seminar zamanı gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb.

Daha sonra seminar və təlimlərdə iştirak etmiş qızların iştirakı ilə Biləsuvarda veloyürüş keçirilib.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində Mingəçevir, Qusar və Lənkəranda da analoji tədbirlər təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.