İDMAN


Velosiped idmanının BMX növü üzrə dünya çempionatı ləğv edilib

Bakı, 7 iyul, AZƏRTAC

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) velosiped idmanının BMX növü üzrə 2020-ci ildə keçirilməsi planlaşdırılan dünya çempionatını ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə UCI-nin mətbuat xidməti məlumat yayıb. Yarış mayın 26-dan 31-dək Amerikanın Hyuston şəhərində keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən turnir əvvəlcə qeyri-müəyyən vaxta təxirə salınsa da, təşkilatçılar dünya çempionatı üçün alternativ tarix müəyyənləşdirə bilmədiklərindən çempionat ləğv olunub.

Qeyd edək ki, BMX üzrə növbəti dünya çempionatı 2021-ci ilin avqustun 20-dən 25-dək Hollandiyada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.