CƏMİYYƏT
Velosiped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 1 iyun, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ə.Həsənova və P.Höccətova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Bizyarkin saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə E.Abbasova və F.Şərifova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.