REGİONLAR


Velosiped yarışı üzrə muxtar respublika açıq birinciliyi başa çatıb

Naxçıvan, 14 iyun, AZƏRTAC

15 İyun – Milli Qurtuluş Gününə həsr olunan yarış Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi istiqamətinə gedən yolun 8000 metrlik məsafəsini əhatə edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən birgə təşkil olunan birincilikdə 9 idmançı iştirak edib. Yarış hava və ekstremal idman növlərinin təbliği, inkişafı, bu sahədə kütləviliyə nail olunması, gənclərin velosiped idman növünə olan marağının artırılması və asudə vaxtın səmərəli təşkili məqsədilə keçirilib.

Nəticələrə gəlincə, Elvin Mikayılzadə təyin olunan məsafəni digərlərindən daha tez qət edərək birinci pilləyə sahib çıxıb. Qoşunəli Abdullayev və Əzəmət Hümbətzadə finişə müvafiq ardıcıllıqla çatmaqla yarışı ikinci, üçüncü sıralarda tamamlayıblar.

İdmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.