İDMAN


Velosipedçilərimiz Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında mübarizəyə başlayıblar

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycanın şose velosipedi üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvləri Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, şose velosipedinin fərdi ötüşmə növü üzrə qızlar arasında keçirilən yarışda 3 yeniyetmə velosipedçimiz - Radha Şabanova, Ayan Məmmədzadə və İradə Əbdürəhmanova iştirak edib. İdmançılar bu növdə 8,4 kilometr məsafə qət ediblər.

Avropanın ən güclü yeniyetmə velosipedçilərinin qatıldığı yarışı R.Şabanova 69-cu, A.Məmmədzadə 74-cü, İ.Əbdürəhmanova isə 75-ci yerdə tamamlayıblar.

Fərdi ötüşmə növü üzrə yeniyetmə oğlanlar arasında keçirilən yarışda da velosipedçilər 8,4 kilometr məsafə qət ediblər. Yarışda yeniyetmə oğlanlardan milli komandamızın üzvləri Tural İsrafilov, Ravi Rzayev və Tamerlan Vitovski mübarizə aparıblar.

93 velosipedçinin iştirak etdiyi mübarizədə T.İsrafilov 50-ci, T.Vitovski 88-ci, R.Rzayev isə 92-ci yerdə qərarlaşıblar.

Azərbaycan velosipedçiləri iyulun 28-də qrup ötüşməsi növündə yarışacaqlar. Bu növdə qızlar 57,8, oğlanlar isə 65,8 kilometr məsafə qət edəcəklər.

Slovakiyada Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında velosiped yarışlarında ölkəmizi qızlardan İradə Əbdürəhmanova, Radha Şabanova, Ayan Məmmədzadə, oğlanlardan isə Tural İsrafilov, Ravi Rzayev və Tamerlan Vitovski təmsil edir. Milli komandamıza baş məşqçi Asif Həsənov rəhbərlik edir.

Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4000-ə yaxın idmançı 10 idman növü üzrə mübarizə aparır. Azərbaycan isə festivalda 33 idmançı ilə gimnastika, velosiped, yüngül atletika, tennis, üzgüçülük, cüdo və badminton idman növlərində təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.