İDMAN


Velosipedçilərimiz “Tour of Sharjah” yarışında mübarizəyə başlayıblar

Velosipedçilərimiz “Tour of Sharjah” yarışında mübarizəyə başlayıblar

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət elit/U-23 yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəyə başlayıb.

AZƏRTAC Azərbaycan Velosiped Federasiyasına istinadla xəbər verir ki, 17 ölkədən 24 komandanın qatıldığı yarışın ilk mərhələsində velosipedçilər fərdi ötüşmə növündə güclərini sınayıblar. Al-Mamzar ərazisində baş tutan mübarizədə idmançılar 8,9 kilometr məsafə qət ediblər.

Yarışda 6 velosipedçi ilə iştirak edən milli komandamız mərhələni uğurla başa vurub. İdmançılarımızdan ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb. O, 11 dəqiqə 37 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. İdmançımız qalib velosipedçidən 15 saniyə geri qalıb.

Mərhələnin qalibi 11 dəqiqə 21 saniyə nəticə ilə BƏƏ-nin “Torq Team” klubunun böyük britaniyalı üzvü Gordon Kyle olub.

Qeyd edək ki, 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarış yanvarın 31-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.