İDMAN


Velosipedçilərimiz V İslam Həmrəyliyi Oyunlarının növbəti yarışlarında iştirak ediblər

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 6-da velosiped üzrə Azərbaycanın elit – U-23 yığma komandasının üzvləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti yarışlara qatılıblar.

AZƏRTAC xəbər verir ki, qadın velosipedçilərimizdən Lalə Əbdürəhmanova Konya Velodromunda keçirilən trek velosipedinin fərdi ötüşmə növündə mübarizə aparıb. Nəticələrə əsasən, o, turnir cədvəlinin 14-cü yerində qərarlaşıb (04:16.727).

Həmin növdə kişilər arasında yarışda isə Elçin Əsədov və Elgün Əlizadə iştirak ediblər. E.Əsədov (04:40.822) 17-ci, E.Əlizadə (04:49.107) isə 23-cü yerlə kifayətləniblər.

Qeyd edək ki, avqustun 9-da rəsmi açılışı olacaq oyunlarda baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadınlardan isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər.

İdmançılarımız həm trek, həm də şose növlərində yarışırlar.

Əlli altı ölkədən 4 min 200 idmançının qatıldığı V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi avqustun 18-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.