İDMAN


Velosipedçimiz "Syedra Ancient City" yarışında doqquzuncu olub

Bakı, 27 mart, AZƏRTAC

Türkiyənin “Sakarya BB Pro Team” velosiped klubunun tərkibində çıxış edən Azərbaycan milli komandasının kapitanı Elçin Əsədov martın 26-da Alanyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı "Syedra Ancient City" yarışında mübarizə aparıb.

Azərbaycan Velosiped Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 11 komandanın tərkibində 61 idmançının iştirak etdiyi birgünlük yarış şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilib. Alanyadan start götürən idmançılar 149 kilometr məsafə qət edərək Syedrada finişə çatıblar.

Elçin Əsədov yarışda finiş xəttini 9-cu sırada keçib. O, yarışın liderindən 4 dəqiqə 4 saniyə geri qalıb (03:46:15). İdmançımız bu nəticə ilə aktivinə 3 UCI xalı yazdırıb.

“Sakarya BB Pro Team” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının digər üzvü Əli Qurbanov isə 33-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, veloturun qalibi yunanıstanlı velosipedçi Polychronis Tzortzakıs olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.