ELM VƏ TƏHSİL


Velosipedəbənzər kiçik elektrik poçt maşını istehsal ediləcək

Bakı, 2 noyabr, AZƏRTAC 

Tam elektriklə işləyən kiçik elektrik sərnişin maşınlarının istehsalı ideyası çoxdan mövcuddur. Belə ki, “Nissan”, “Peugeot”, “Renault” və “Citroen” kimi avtomobil brendlərinin şəhərlərdə havanın çirklənməsinin qarşısını almaq üçün yeni layihələri artıq təqdim olunub.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, bu istiqamətdə ən uğurlu sayılan layihə velosipedə bənzəyən və elektriklə işləyən EAVan kiçik nəqliyyat vasitəsinin istehsalıdır. Oksford Universitetində yerləşən EAV startapının hazırladığı bu maşınlar mexaniki-elektrik sistemi və yüngül çəkisi ilə fərqlənir. Dördtəkərli velosipedə bənzəyən bu maşında elektriklə işləyən motor və bağlamaları daşımaq üçün kiçik salon var. Onlardan poçt daşımaları üçün istifadə edilməsi nəzərdə tutulur. Cəmi 250 vatt gücündə motoru olan EAVan maşınları saatda 30 kilometr sürətlə bir cərəyan yüklənməsi hesabına 90 kilometr məsafə qət edə bilir. Sürəti artırmaq üçün velosipeddə olduğu kimi, pedallarla çarxı fırlatmaq lazımdır. Yeni maşının batareyasını yükləmək üçün onun 13 amper olan rozetkasını 240 volt cərəyana qoşmaq kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.