MƏDƏNİYYƏT


Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək

Bakı, 25 yanvar, AZƏRTAC

Ənənəvi Venesiya karnavalı bu il ilk dəfə olaraq tamamilə onlayn formatda keçiriləcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, geyim və maskaları nümayiş etdirmək üçün xüsusi “virtual otaqlar” artıq yaradılıb. Bundan əlavə “Televenezia” kanalında Venesiyanın tarixinə və karnaval ənənələrinə həsr olunan xüsusi buraxılışla verilişlər yayımlanacaq. Striminqlər onlayn formatda fevralın 6 və 7-də, həmçinin 11-dən 16-dək olacaq. Təşkilatçılar söz veriblər ki, platforma gündəlik olaraq 100 min istifadəçini qəbul edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.