MƏDƏNİYYƏT


Venesiyada Misir artifaktlarının sərgisi açılıb

Bakı, 15 fevral, AZƏRTAC 

Misirin Qədim Abidələr və Turizm Nazirliyi dünyanın bir çox şəhərlərində qiymətli artifaktlardan ibarət sərgilər təşkil edir. Onlardan biri də fevralın 14-də İtaliyanın incisi olan Venesiyada açılıb.

AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, iyunun 2-dək davam edəcək sərgidə Qədim Misir fironlarına aid 70 artifaktın surəti, o cümlədən çariça Nefertitinin heykəli, Yuyanın qızıl maskaları, Axenatenin büstü nümayiş etdirilir. Ən qiymətli eksponatlar arasında Tutanxamonun taxtı, bıçaqları və zirehli döyüş geyimi diqqəti daha çox cəlb edir. Sərgidə, həmçinin fironların və çariçaların zinət əşyaları da var.

Nazirliyin rəsmisi Əmr Əl-Teybi bu cür sərgilərin təşkilində məqsəd Misirə daha çox turist cəlb etməkdir. Onun sözlərinə görə, italiyalılar Qədim Misir abidələrinə böyük maraq göstərirlər və sərgiyə gələnlər artifaktların orijinalını görmək üçün səyahət etmək istəyirlər. Əl-Teybi diqqətə çatdırıb ki, İtaliyada 2018-ci ildə keçirilmiş analoji sərgini 100 mindən çox insan ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.