DÜNYA


Venesiyada suyun səviyyəsi bir metrdən çox qalxıb

Roma, 30 oktyabr, AZƏRTAC

İtaliyada sel və güclü küləklər suyun səviyyəsinin 156 santimetrədək artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Venesiyanın daşqına məruz qalmış ərazilərində suyun səviyyəsi bir metrdən çox artıb. Fövqəladə vəziyyətlə əlaqədar Venesiyanın əsas nəqliyyat növü olan paroxodların hərəkəti dayandırılıb.

İtaliyanın digər şəhər və əyalətlərində güclü küləyin ağacları aşırması nəticəsində 9 nəfər ölüb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.