İDMAN


Venesuela Prezidenti dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını dəstəkləyib

Bakı, 16 oktyabr, AZƏRTAC

Venesuela Prezidenti Nikolas Maduro FIFA-nın prezidenti Canni İnfantino ilə görüşündə futbol üzrə dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, Venesuela Prezidenti ideyanın futbolun inkişafına təkan verəcəyini qeyd edib.

Bildirib ki, yarışın nüfuzu onun keçirilmə tezliyindən asılı deyil. Əks təqdirdə, hər 40 ildən bir dünya çempionatı keçirməliyik. Dünya çempionatının iki ildən bir təşkili azarkeşləri daha çox sevindirəcək və gəncləri idmana həvəsləndirəcək.

Qeyd edək ki, növbəti dünya çempionatı gələn il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.