DÜNYA


Venesuela Prezidentinə sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb

Venesuela Prezidentinə sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb

Bakı, 10 avqust, AZƏRTAC

Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Venesuelanın daxili işlər naziri Nestor Reverol öz “Twitter” səhifəsində şübhəli bilinən şəxslərdən 8-nin saxlanıldığını yazıb.

Bundan əvvəl hökumət orqanları sui-qəsddə 19 nəfərin şübhəli olduğunu bildirib.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodrigesin sözlərinə görə, Nikolas Maduroya sui-qəsd zamanı yeddi qvardiyaçı yaralanıb. Maduro sui-qəsdin təşkilində müxalifəti və Kolumbiya Prezidenti Xuan Maneul Santosu ittiham edib. Kolumbiyanın Xarici İşlər Nazirliyi bu hadisəyə bağlılığı təkzib edib. Venesuela ABŞ və Kolumbiya hökumətlərindən bu ölkələrin ərazisində olan şübhəli bilinənlərin ekstradisiyası barədə xahiş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.