DÜNYA
Venesuela dollardan imtina edir
Bakı, 14 sentyabr, AZƏRTAC
Venesuela satdığı neft və neft məhsullarının dəyərinin ödənilməsində ABŞ dollarından imtina etmək qərarına gəlib.
AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, ABŞ-ın Venesuela iqtisadiyyatına təsirini azaltmaq üçün hakimiyyət neftlə ticarət zamanı ABŞ dolları ilə hesablaşmaları dayandırmağa göstəriş verib. Hazırda bütün köçürmələr avro ilə həyata keçirilir.
"The Wall Street Journal"ın məlumatına görə, bundan sonra Venesuela neft bazarında ABŞ dolları ilə hesablaşmalar aparmayacaq. Bununla yanaşı, qeyd edilir ki, ABŞ dollarının qadağan olunması barədə rəsmi göstəriş verilməyib, artıq neft ticarətçiləri avroya keçiblər.
Ekspertlər bildirirlər ki, Venesuela bu üsulla Amerika sanksiyalarının ölkə iqtisadiyyatına təsirindən maksimum yaxa qurtarmaq istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]