DÜNYA


Venesuelada dənizdə həlak olmuş insanlarla bağlı matəm elan edilib

Bakı, 13 yanvar, AZƏRTAC

Venesuelanın Falkon ştatının qubernatoru Viktor Klark Karib dənizində qəzaya uğramış qayıqdakı insanların həlak olması ilə bağlı cümə günü üçgünlük matəm elan edib.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, qayığın Kyurasao adası yaxınlığında qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, 16 nəfər özünü adaya çatdıra bilib. Qayıqda 30 nəfər olub. Digərlərinin taleyi məlum deyil. Bundan əvvəl Venesuela hökuməti kontrabandçılığın qarşısını almaq və ölkədən malların çıxarılmasına yol verməmək məqsədilə Aruba, Kyurasao və Bonyer adaları ilə bağlı blokada rejimi tətbiq etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.