DÜNYA


Venesuelada elektrik stansiyasında sabotaja hazırlaşan iki nəfər saxlanılıb

Bakı, 12 mart, AZƏRTAC 

Venesuelada Simon Bolivar adına su elektrik stansiyasında növbəti sabotaja hazırlaşan iki nəfər saxlanılıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Prezident Nikolas Maduro çıxışında deyib. Dövlət başçısı saxlanılanların Venesuelanın sülh və sabitliyini hədəfə aldığını vurğulayıb. Maduro bütün venesuelalıları birliyə və xarici düşmənlərə qarşı səfərbər olmağa çağırıb.

Xatırladaq ki, martın 7-dən Venesuelanın əksər ştatlarının elektrik təminatı kəsilib. Milli Elektrik Kompaniyası hadisəyə Bolivar ştatında yerləşən Simon Bolivar adına su elektrik stansiyasında baş verən sabotajın səbəb olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.