DÜNYA


Venesuelada koronavirusa yoluxanların sayının artması ilə əlaqədar ölkədə məktəblərin açılışı dayandırılır

Madrid, 15 sentyabr, AZƏRTAC 

Venesuela Prezidenti Nikolas Maduro ölkədə COVID-19 xəstəliyinə yoluxma sayının 60 mindən yuxarı olması müəyyən ediləndən sonra məktəblərin açılmasını dayandırıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı məktəbə qayıdışın pandemiyaya qarşı mübarizəyə kömək etməyəcəyini vurğulayıb. Buna görə də Venesuelada dərslər yanvar ayınadək dayandırılır. Ölkədə tədris prosesi distant şəkildə keçiriləcək.

Bazar ertəsi Venesuelada COVID-19-a 910 yeni yoluxma faktı müşahidə edilib. Nəticədə ölkədə koronavirusa tutulanların ümumi sayı 60.540 nəfərə çatıb.

Venesuela martın 13-dən başlayaraq döyüş hazırlığı vəziyyətindədir. Bu isə, öz növbəsində, hakimiyyət orqanlarının pandemiya ilə mübarizədə radikal qərarlar qəbul etməsinə şərait yaradır.

Oktyabrın 12-dək ölkədə hava daşımalarına da məhdudiyyət qoyulub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.