MƏDƏNİYYƏT
Venesuelalı şair poeziya müsabiqəsinin qalibi olub
Bakı, 18 oktyabr, AZƏRTAC
Venesueladan olan şair Yolanda Pantin səs çoxluğu ilə “Federiko Qarsiya Lorka Qranada” Beynəlxalq Poeziya Mükafatının 17-ci buraxılışında qalib olub.
AZƏRTAC “Elmundo” qəzetinə istinadla xəbər verir ki, qalib, şeirin ilkin forması sayılan şifahi poeziyanı sentimental bir şəkildə insan varlığının görünməyən siluetini saysız-hesabsız sətirlərlə, eyni zamanda, müxtəlif resurslardan istifadə edərək dərindən tədqiq etdiyi üçün münsiflər heyəti tərəfindən fərqləndirilib.
Bildirilib ki, Yolanda Pantin Latın Amerikasının fundamental müəlliflərindəndir, çünki o, özünəməxsus bir yol seçərək yaradıcılığında müxtəlif ədəbi nümunələri tədqiq edir.
Qalib elan olunduqdan sonra Y.Pantin təəccübünü gizlətməyərək həddindən artıq sevincli olduğunu söyləyib.
Qeyd edək ki, müsabiqədə 16 ölkədən 41 namizəd iştirak edib və qalibə mükafat olaraq 20 min avro verilib.