DÜNYA


Venesuelanın Ekvadorun Qauyakil şəhərindəki baş konsulluğuna silahlı hücum edilib

Bakı, 21 fevral, AZƏRTAC

Bir qrup silahlı şəxs Venesuelanın Ekvadorun Qauyakil şəhərindəki baş konsulluğuna hücum edib.

AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, bu barədə diplomatik missiyanın rəhbəri Fernando Bello məlumat verib. O deyib ki, diplomatik nümayəndəliyə hücum edənlər baş konsulluğun bütün maliyyə vəsaitini götürüb, diplomatik işçiləri döyüb və onları siyasi fikirlərinə görə ələ salıblar.

Hücum edənlərin 7 nəfər olduğu bildirilir. Faktla bağlı istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.