DÜNYA


Venesuelanın neft istehsalı azalmaqda davam edir

Bakı, 16 iyul, AZƏRTAC

Venesuelanın xam neft hasilatı iyun ayında da geriləyərək gündəlik 1,34 milyon barrelə düşüb.

AZƏRTAC Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadla xəbər verir ki, Venesuelada neft istehsalı ABŞ-ın sanksiyaları, eləcə də ölkədəki iqtisadi və siyasi böhranla əlaqədar iyunda da azalmağa davam edib. İyun ayında Venesuelanın neft hasilatı əvvəlki ayla müqayisədə təxminən 47,5 min barrel azalaraq sutkada 1,34 milyon barrelə geriləyib.

Əvvəllər OPEC-ə üzv ölkələr arasında xam neft istehsalına görə 3-cü yerə yüksələn Venesuela bu ilin iyun ayında kartel üzrə hasilatda 4,15 faizlik payla 8-ci sırada qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.