DÜNYA


Vensan Kassel fransız rəssam Qogen barədə filmə çəkilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Fransada tanınmış rəssam-postimperrisionist Pol Qogenə (1848-1903) həsr olunmuş bədii film ekranlara çıxıb.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, rejissor Eduard Delyuk tərəfindən çəkilən ekran əsəri “Qogen. Taitiyə səyahət” adlanır. Filmin çəkilişləri zamanı sənədli mənbədən – rəssamın 1891-1893-cü illərdə Taitidə ilk dəfə olmasından bəhs edən “Noa Noa” adlı məşhur gündəliyindən istifadə edilib.

Delyuk heç də Qogenin kinobioqrafiyasını yaratmaq fikrində olmadığını, əksinə onun kitabını istədiyi kimi təfsir etdiyini vurğulayıb. Eyni zamanda, rejissor hələ tələbəlik illərindən rəssamın gündəliyinin təsiri altında olduğunu da bildirib.

Baş rolun ifaçısı Vensan Kassel böyük məmnuniyyətlə Pol Qogen obrazı üzərində işlədiyindən danışaraq deyib: “Mən, əlbəttə Qogenin əsərlərini tanıyırdım, lakin əslində məlum oldu ki, təxminən hamı kimi mən də tanımamışam. Eduard mənə bu rolu təklif edərkən mən onun bu lentə necə heyranlıqla yanaşdığını gördüm və çəkilişə razılıq verdim”.

Film hələ ekranlara çıxmamışdan əvvəl lentlə tanış olan tənqidçilər tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə “Le Figaro” qəzeti rejissoru özünəməxsus yanaşmada günahlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.