MƏDƏNİYYƏT


Venta Kosere: Latviya stendi Bakı Beynəlxalq Kitab Sərgisində ziyarətçilərin böyük marağına səbəb olub VİDEO

Bakı, 8 oktyabr, AZƏRTAC

Mən Bakıya Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun dəvəti ilə bu günlərdə keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak üçün gəlmişəm. Müxtəlif ölkələrin nümayəndələri ilə tanış olmaq və əlbəttə ki, kitab məhsullarımız barədə söhbət açmaq mənə çox maraqlı idi.

Bu barədə AZƏRTAC-a müsahibəsində Latviya Universitetinin Akademik kitabxanasının direktoru Venta Kosere deyib.

“Latviya stendi ziyarətçilərdə böyük maraq oyatdı. Xüsusən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Bakı Dövlət Universitetinin fəxri doktoru Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyat barədə digər esselər” kitabı diqqət çəkdi”, - deyə Venta Kosere qeyd edib.

Kitabxana direktoru vurğulayıb ki, “Latışların başqa ölkələrdə taleyi” mövzusunu tədqiq edir, Azərbaycanda latışların həyatı da bu tədqiqatda yer alıb. “Birinci Dünya müharibəsi zamanı Azərbaycanda xeyli latışlar – yazıçılar, bəstəkarlar, rəssamlar, şairlər yaşayıb. Vətənə qayıtdıqdan sonra onlar sizin ölkəni minnətdarlıq hissi ilə xatırlayıblar”, - deyə V.Kosere sonda əlavə edib.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.