CƏMİYYƏT


“Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar” adlı layihəyə start verilib

Bakı, 15 iyul, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Elmi Tədqiqat Ağciyər xəstəlikləri İnstitutunun (ETAXİ) birgə təşkilatçılığı ilə “Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar” adlı layihəyə start verilib.

TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə Bakı və Regional dispanserlərdə fəaliyyət göstərən ftiziatrlar üçün nəzərdə tutulub.

Tədbirdə çıxış edən TƏBİB-in Davamlı Tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri, tibb elmləri doktoru Emil İskəndərov, Respublikanın baş ftiziatrı, professor Yavər Şıxaliyev, ETAXİ-nin direktoru, professor Həqiqət Qədirova vərəm xəstəliyinin yayılması, müayinə metodları, müasir laboratoriya üsulları, Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına uyğun müalicə metodları, eləcə də təlimlərin aparılmasının əsas prinsipləri haqqında ətraflı məlumat veriblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.