Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir

Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir

Bakı, 9 iyun, AZƏRTAC

Ölkəmizdə ümumbəşəri sosial bəla olan vərəm əleyhinə səmərəli mübarizə aparılaraq, bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul olunub, beynəlxalq təşkilatlarla birgə müvafiq proqramlar və layihələr həyata keçirilir, o cümlədən penitensiar müəssisələrdə bu xəstəliyə qarşı mübarizəyə xüsusi diqqət yetirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ədliyyə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birgə məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində qarşılıqlı fəaliyyət həyata keçirilərək tibb xidməti, məhkumların dərman təminatı yaxşılaşdırılıb, penitensiar müəssisələr ən yeni tibb avadanlığı ilə təchiz olunub. Həmçinin vərəmli məhkumlar üçün müasir laborator və diaqnostik avadanlıqla təchiz edilmiş ayrıca müalicə müəssisəsi fəaliyyət göstərir.

Həyata keçirilən kompleks tədbirlər hesabına cəzaçəkmə müəssisələrində dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə ÜST-nin müəyyən etdiyi hədəflərdən çox – 90 faiz, həmçinin müalicəyə çətin tabe olan vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə 80 faiz müsbət nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir. Bunun nəticəsi olaraq, son 20 ildə cəzaçəkmə müəssisələrində vərəmə yoluxma hallarının sayında ilbəil kəskin azalma müşahidə olunub, vərəmdən ölüm isə 100 dəfə azalıb.

Azərbaycanın bu sahədə nailiyyətləri ÜST, Qlobal Fond, BQXK, Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək region ölkələri üçün nümunəvi təcrübə kimi göstərilib, habelə BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan ABŞ-ın İslah Müəssisələri və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən illik Səhiyyə Mükafatına layiq görülüb.

Eyni zamanda, BQXK birgə fəaliyyətin nəticələrinə əsaslanaraq ölkəmizin penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəsini digər dövlətlər üçün örnək kimi dəyərləndirərək onun dünyada yayılmasının əhəmiyyətini bildirib.

Bununla əlaqədar praktiki olaraq dünyada ilk dəfə cəzaçəkmə müəssisələrində bu spesifik təcrübəni yaymaq məqsədilə 2012-ci ildə ixtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində beynəlxalq təlim mərkəzi yaradılıb. Mərkəz ölkəmizin penitensiar müəssisələrində işləyən istər tibbi, istərsə də qeyri-tibbi ixtisaslı əməkdaşların vərəm üzrə biliklərə yiyələnməsinə xidmət etməklə yanaşı, digər ölkələrin nümayəndələrinin hazırlığını da həyata keçirir.

Son illər 15-ə yaxın dövlətdən tərkibində səhiyyə, penitensiar xidmət və beynəlxalq təşkilatların vərəmlə mübarizə sahəsində işləyən 120-dək nümayəndəsi Bakıda səfərdə olub və müsbət təcrübəmizdən bəhrələniblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə oxşar modellərin tətbiqinə başlanılıb.

Azərbaycanın bu sahədə təcrübəsini öyrənmək və vərəmlə mübarizədə son yenilikləri əldə etmək məqsədilə beynəlxalq qurumların dəstəyi ilə bu günlərdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri respublikamızda səfərdə olublar. Ümumilikdə 26 nəfərdən ibarət olan nümayəndə heyətinin tərkibinə Filippin, Makedoniya, Belarus, Ukrayna, Qırğızıstan, Tacikistan və Özbəkistanın Ədliyyə, Daxili İşlər, Səhiyyə nazirliklərini, cəza-icra qurumlarını, qeyri-hökumət təşkilatlarını təmsil edən penitensiar müəssisələrdə vərəm əleyhinə xidmətlər göstərən həkimlər və rəhbər vəzifəli şəxslər daxildirlər.

Səfər zamanı nümayəndə heyəti üçün ÜST ilə Əməkdaşlıq Mərkəzi statusu olan Beynəlxalq Təlim Mərkəzi tərəfindən “Çoxsaylı/Geniş Dərmanlara Davamlı Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda rus və ingilis dillərində beynəlxalq tədris kursu təşkil olunub.

Qonaqlar əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar.

Kursun açılışında Ədliyyə Nazirliyi tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev, ÜST Avropa Regional Bürosu Mərkəzi Aparatının və Azərbaycan üzrə ölkə ofisinin məsul şəxsləri iştirak edib, beynəlxalq səviyyədə artıq üçüncü dəfə keçirilən tədbirin mühüm əhəmiyyəti qeyd olunub. Beş gün davam edən tədris kursunda dinləyicilər üçün yerli mühazirəçilər, həmçinin dəvət olunmuş ÜST Baş ofisinin və BQXK-nın həbsxanalarda səhiyyə departamentinin (İsveçrə), ÜST Avropa Regional Bürosunun (Danimarka), “Sağlamlıq naminə tərəfdaşlar” (ABŞ) və “Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq” təşkilatlarının ekspertləri tərəfindən xüsusi proqram üzrə müxtəlif mövzular tədris olunub, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, nümayəndə heyətinə Azərbaycanın penitensiar müəssisələrində vərəmə nəzarət fəaliyyətləri ilə əyani tanışlıq imkanı yaradılıb. Dinləyicilər ixtisaslaşdırılmış müalicə müəssisəsinə, Bakı istintaq təcridxanasına və 15 saylı cəzaçəkmə müəssisəsinə səfər edərək vərəmin aşkarlanması, laborator diaqnostikası və müalicəsi ilə bağlı tədbirləri bilavasitə izləyib, həmçinin praktiki məşğələlər keçirilib.

Təlim prosesində müalicənin mərkəzləşdirilmiş qaydada aparılması, dərmanlara həssaslıq göstəricilərinə müvafiq standartlaşdırılmış müalicə rejimlərinin təyini, beynəlxalq standartlara uyğun innovativ laborator diaqnostika metodlarının geniş tətbiqi, məhbusların saxlanma rejiminin gözlənilməsi şərti ilə infeksiyaya nəzarət tədbirlərinə riayət olunması, azadlığa buraxılan xəstələrin müalicəsinin sonadək izlənilməsi və sosial dəstək kimi Azərbaycanın unikal təcrübəsi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Kursun yekununda təəssüratlarını bölüşən dinləyicilər səmimi qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Ədliyyə Nazirliyinə minnətdarlıqlarını ifadə edib, penitensiar sistemdə vərəmə nəzarət üzrə Azərbaycanın müsbət təcrübəsini əyani öyrənərək onu örnək kimi qəbul etdiklərini və gələcəkdə öz ölkələrində tətbiq edəcəklərini vurğulayıb, tədbirin onlar üçün faydalı olduğunu qeyd ediblər.

Səfər çərçivəsində, həmçinin ölkəmizin tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb, onlara son illər ərzində respublikamızın hərtərəfli inkişafı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri barədə dolğun məlumatlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb