İQTİSADİYYAT


Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı təlim təşkil olunub

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə “Caspian Legal Center” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində Vergi Məcəlləsinə edilən dəyişikliklər mövzusunda təlim keçirilib.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın idarə heyətinin sədri Səkinə Babayeva Vergi Məcəlləsində edilən dəyişikliklərin aşılanması üçün belə təlimlərin vacibliyini vurğulayıb. ASQİA-nın aqrar komissiyanın sədri Rəna Qəfərova isə sahibkarlığın inkişafı üçün davamlı təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Təlimin məruzəçiləri “Caspian Legal Center” əməkdaşları olub. İştirakçıların sualları əsasında interaktiv şəkildə keçirilən təlimdə Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı lazımi məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.