İQTİSADİYYAT


Vergi Xidməti: Təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alanlar himayədə olanlara aid deyillər

Bakı, 3 dekabr, AZƏRTAC

Qanunvericiliyə əsasən, bəzi şəxslər himayədə olanlara aid edilmirlər.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa) himayədə olanlara aid deyillər.

Həmçinin dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), eləcə də, xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar da həmin siyahıya daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.