İQTİSADİYYAT


Vergi Xidmətinin əməkdaşları üçün “Transfer qiymətlərinin müəyyən edilməsi” mövzusunda təlimlər keçirilib

Bakı, 12 may, AZƏRTAC

Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Dövlət Vergi Xidmətinin əməkdaşları üçün “Transfer qiymətlərinin müəyyən edilməsi”nə həsr olunmuş təlim keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq vergitutma sahəsində ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə baş tutan təlimin birinci sessiyası zamanı transfer qiymətlərinin müəyyənləşdirilməsi üsulları, müqayisə edilən əməliyyatlar və onların təhlili üçün istifadə olunan məlumat bazaları haqda məlumat verilib, o cümlədən əlaqəli tərəflər arasında əməliyyatlarla bağlı məşğələ aparılıb.

Təlimin növbəti sessiyasının may ayının sonunda təşkil edilməsi planlaşdırılır.

Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində belə təlimlərin davam etdirilməsi, DVX əməkdaşlarının beynəlxalq vergitutma sahəsində bilik və bacarıqlarının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.

Növbəti təlimlərdə vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər kontekstində vergidən yayınma sxemləri, bununla bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyələri, eləcə də qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla digər mövzular əhatə olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.