İQTİSADİYYAT
Vergi bəyannamələri təkmilləşdirilir
Bakı, 12 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mütərəqqi dəyişikliklərin aparılması, səmərəliliyin artırılması, bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergiödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə yaradılıb (https://www.taxes.gov.az/az/page/beyanname-formalarina-dair-tekliflerin-verilmesi). Vergiödəyiciləri bütün növ vergi bəyannamələrinin formaları və məzmunları ilə bağlı təkliflərini həmin bölmə vasitəsilə Dövlət Vergi Xidmətinə göndərə bilərlər.
Bəyannamə formalarının təkmilləşdirilməsi və vergiödəyiciləri üçün daha rahat və səmərəli bir formaya gətirilməsi üçün bütün təkliflər bu məqsədlə yaradılmış müvafiq işçi qrupu tərəfindən diqqətlə öyrəniləcək və təhlil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]