İQTİSADİYYAT


Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisində artım olub

Bakı, 29 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a verilən məlumata əsasən, qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, torpaq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 faizə, mənfəət vergisi üzrə 29,1 faizə, gəlir vergisi üzrə 18,1 faizə, aksizlər üzrə isə 6,2 faizə qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.