İQTİSADİYYAT


Vergi daxilolmalarının tam əksəriyyəti qeyri-neft sektorundan qaynaqlanıb

Bakı, 20 may, AZƏRTAC 

Vergi sahəsində həyata keçirilən islahatlar, vergi yükünün azaldılması, qanun qarşısında hər kəsin bərabər olması, biznesin şəffaflaşdırılması, vergiödəyicilərinə münasibətlərin təbiətinin dəyişdirilməsi öz nəticələrini verməkdədir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri vergilər naziri Mikayıl Cabbarov səsləndirib.

Ötən illə müqayisədə vergi yığımlarının əhəmiyyətli şəkildə artırılmasına nail olunduğunu söyləyən M.Cabbarov vergi daxilolmalarının tam əksəriyyətinin qeyri-neft sektorundan qaynaqlandığını diqqətə çatdırıb: “Ticarət sektoru üzrə dövriyyə təxminən 24 faiz artıb. Pərakəndə ticarətdə cəmi dövriyyə təxminən 35 faiz, ictimai iaşədə isə 15 faiz təşkil edib. Bunlar çox yüksək rəqəmlərdir. Qeyri-neft sektorunda rəsmiləşdirilmiş əmək müqavilələrinin sayı bu ilin ilk 4 ayında 58 min artıb. Bunlar əyani göstərir ki, atılan addımlar öz effektini verməkdədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.