İQTİSADİYYAT


Vergi əməkdaşları korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı məlumatlandırılıblar

Bakı, 26 oktyabr, AZƏRTAC

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrinə uyğun olaraq maarifləndirmə və tədrisin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya ilə mübarizə mövzusunda təşkil olunmuş növbəti tədbirdə Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat veriblər.

Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və digər məsələlər barəsində məlumatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.