İQTİSADİYYAT


Vergi islahatlarının sahibkarlığın inkişafına təsiri mövzusunda müzakirələr aparılıb

Bakı, 19 fevral, AZƏRTAC

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “PwC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə “Vergi qanunvericiliyində son dəyişikliklər və bu dəyişikliklərin sahibkarlıq fəaliyyətinə təsiri” mövzusunda seminar təşkil edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, ixracatçı sahibkarların maarifləndirilməsi üçün nəzərdə tutulan seminar çərçivəsində vergi sistemi haqqında ümumi məlumat, Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas mahiyyəti və praktiki tətbiqi, sahibkarlıq subyektlərinin vergi və mühasibat uçotu siyasətinə qoyulan tələblər, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi, o cümlədən yoxlamaların hüquqi tənzimlənməsi kimi mövzularla bağlı müzakirələr aparılıb.

Təlimdə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Prezident İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verib. Qeyd edib ki, mərkəz son bir ildə Azərbaycanın ixrac siyasətində önəmli rol oyanıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi korporativ idarəçilik mədəniyyətinin formalaşdırılması baxımından maarifləndirmə siyasətini daima davam etdirəcək.

Seminarda şirkət rəhbərləri, mühasiblər, maliyyə, vergi mütəxəssisləri və hüquqşünaslar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.