Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vergi nəzarəti tədbirləri zamanı qanunsuz sahibkarlıq faktları aşkarlanıb

Vergi nəzarəti tədbirləri zamanı qanunsuz sahibkarlıq faktları aşkarlanıb

Bakı, 2 avqust, AZƏRTAC 

Bakı şəhərində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi orqanlarında qeydiyyata durmadan qanunsuz sahibkarlıqla məşğul olma faktları aşkarlanıb.

Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumata əsasən, vergi orqanları tərəfindən iyulun 24-də Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, Köndələn eninə 4-cü küçə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 2000 kvadratmetr olan mebel sexində vergi nəzarəti tədbirləri keçirilib.

Nəzarət tədbirləri zamanı həmin obyektdə Türkiyə Respublikasının vətəndaşı Uğur Safi Mustafa tərəfindən vergi orqanında uçota durmadan mebel istehsalı fəaliyyəti ilə məşğul olunduğu və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilib.

U.Safi izahatında bu fəaliyyətlə vergi orqanında uçota durmadan məşğul olduğunu, eləcə də 16 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb etdiyini bildirsə də, götürülmüş sənədlərə əsasən müəyyən olunub ki, həmin obyektdə təkcə istehsalla əlaqədar işlərə 31 nəfər əmək müqaviləsiz işçi cəlb edilib. Obyektdə olan işçilər nəzarət tədbirini həyata keçirən vergi orqanı əməkdaşlarına izahat verməkdən boyun qaçıraraq obyekti tərk etsələr də, sonradan vergi orqanlarının uçot-baza məlumatlarına əsasən həmin işçilərin şəxsiyyətləri müəyyən olunub.

İyul ayının 25-də həmin ərazidə keçirilmiş növbəti vergi nəzarəti tədbiri zamanı Uğur Safiyə məxsus olan vergi orqanında uçotda qoyulmamış daha 2 mebel istehsalı sexi (sahələri müvafiq olaraq 1000 kvadratmetr və 900 kvadratmetr olmaqla), sahəsi 60 kvadratmetr olan mebel aksesuarları anbarı, sahəsi 180 kvadratmetr olan köhnə mebellerin saxlanıldığı anbar, 2 hazır məhsul saxlama anbarı (sahələri müvafiq olaraq 700 kvadratmer və 600 kvadratmetr olmaqla) və 3 otaqlı ofis müəyyən edilib.

Qeyd olunan obyektlərdən 2 ədəd kompüter və xeyli sayda qara mühasibatlıq sənədləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülərək müvafiq aktla rəsmiləşdirilib. Sözügedən obyektlərdə keçirilən vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 701,0 min manat dəyərində (270,0 min manat dəyərində avadanlıq, 240,0 min manat dəyərində hazır mebel məhsulları, 191,0 min manat dəyərində isə xammal materialları) uçotdan gizlədildiyi müəyyən edilib, sənədsiz mallar aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib.

Aparılmış araşdırmalar zamanı, Uğur Safinin digər bir Türkiyə Respublikasının vətəndaşı Zengin Hakanla ticarət əlaqələri təhlil edilib və U.Safinin sözügedən mebel sexində istehsal olunan mebelləri heç bir sənəd təqdim etmədən, satış dövriyyəsini uçotdan gizlədərək Z.Hakana təqdim etdiyi müəyyən edilib. Sonuncu isə öz növbəsində, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, ev 41a ünvanında yerləşən ona məxsus “VİVA-RİVA” adlı mebel mağazasında həmin malların satışını həyata keçirib.

İyul ayının 28-də Zengin Hakana məxsus “VİVA-RİVA” adlı mebel mağazasında keçirilən vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətləri) yerinə yetirildiyi, habelə 90 min manat dəyərində uçotdan gizlədildiyi müəyyən edilib, sənədsiz mallar aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Uğur Safi qanunsuz olaraq fəaliyyət göstərdiyi mebel sexini "Azinşaat Servis" Açıq Səhmdar Cəmiyyətindən müvafiq icarə müqaviləsinə əsasən icarəyə götürüb. Obyektin faktiki sahəsi 5000 kvadratmetrdən çox olmasına baxmayaraq, icarə müqaviləsində 1000 kvadratmet, aylıq icarə haqqının faktiki məbləği isə 4500 manat olmağına baxmayaraq, müqavilədə 1400 manat kimi rəsmiləşdirilib.

Sözügedən ünvanda icarəyə verilmiş obyektlərdə aparılan vergi nəzarəti tədbirləri zamanı “Azinşaat Servis" ASC tərəfindən bir sıra vergiödəyicilərinin həmin obyektlərdə qanunsuz sahibkarlıqla məşğul olması faktları da aşkar edilib. Belə ki, Qurbanov Saleh Vəzir oğlunun ayaqqabı istehsalı sexində, Vəliyev Rəşad Tahir oğlunun dəmir profil istehsalı sexində, Heydərov Vüsal Şahin oğlunun taxta qapıların boyadılması sexində vergi orqanında uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, habelə İbrahimov Kamran İbrahim oğlunun taxta qapıların istehsalı sexini, Dəmirov Sübhan Kamran oğlunun döşək istehsalı sexini, Tağıyev Əli Teyyub oğlunun isə istehsal sexini vergi orqanında uçota qoymadan sahibkarlıq fəaliyyəti göstərdikləri aşkar edilərək həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.

Qeyd olunanlarla əlaqədar, Uğur Safi Mustafanın, eləcə də Zengin Hakan və "Azinşaat Servis" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə adları hallanan sahibkarlıq subyektlərində səyyar vergi yoxlaması həyata keçirilir, yoxlamanın nəticəsinə dair aşkar olunan cinayət əməlləri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-istintaq tədbirləri aparılacaq.

Vergilər Nazirliyi vergi əməliyyatlarında şəffaflığın təmin edilməsi, o cümlədən, vergi orqanında uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, mallarını və pul vəsaitlərini uçotdan gizlədən, habelə dövriyyələrini gizlədərək vergidən yayınan şəxslərin aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, qanun pozuntularına yol verilməsi və vergidən yayınma hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergiödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi Dəniz Qüvvələri və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub