İQTİSADİYYAT


Vergi orqanları ticarət obyektlərində hansı halda nəzarət postları qura bilər?

Bakı, 23 aprel, AZƏRTAC

Ticarət mərkəzində topdansatış ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən malların alışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən aparıldığı hallarda, vergi orqanı hansı tədbirləri həyata keçirə bilər?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilib.

Məcəlləyə əsasən, vergi orqanı öz səlahiyyətləri çərçivəsində ticarət obyektləri və bazarlarda qeyd olunan halların qarşısının alınması məqsədilə nəzarət postları qura bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.